General-mayor Hüseyn Səlaminin Livan müqavimətinin lideri Seyid Həsən Nəsrullaha göndərdiyi mesajın bir hissəsində bildirilir: “Siz xəyanətkar və işğalçı rejimin dərinliklərində, xüsusən də son bir ildə, xüsusilə Ərbəin əməliyyatı zamanı cinayətkarların təhlükəsizlik, kəşfiyyat və hərbi təməllərini sarsıtdığınız zaman, üzbəüz qarşıdurmada gücsüz olan düşmən öz ölümünü gecikdirmək, ardıcıl məğlubiyyətlərinin rüsvayçılığını dünyanın gözündən gizlətmək üçün cəbhə arxasında cinayətlər törədir və cinayətin nailiyyətini şişirtməyə cəhd göstərir. Bu özü yeni böyük məğlubiyyətdir və Allah cinayətkarların pusqusundadır.”
General-mayor Səlaminin mesajının başqa bir hissəsində qeyd olunur: “Şübhəsiz ki, bir ilə yaxın müharibədən, hər cür cinayətə əl atdıqdan sonra qərb hökumətlərinin nadan və əsirgənməyən dəstəyinə rəğmən, Qəzzə müharibəsində heç bir məqsədinə nail ola bilməyən, mərkəzdə, şimalda, şərqdə və cənubda hər gün müqavimətlə qarşılaşan, mühasirəyə alınmış alçalmış düşmən, bu həftənin çərşənbə axşamı və çərşənbə günlərində Livanın möhtərəm qadınlarına, kişilərinə və uşaqlarına qarşı peycerlər və elektron sistemlər vasitəsilə törətdiyi yeni kütləvi terror hücumları ilə heç nəyə nail ola bilməyəcək.”
Sizin rəyiniz